Auditor
- Dec 7, 2023
- 1 min read
Əsas öhdəliklər:
İnformasiya Təhlükəsizliyi Auditorunun işinin məqsədi şirkətin və müştəri şirkətlərin informasiya təhlükəsizliyi tədbirlərinin qiymətləndirilməsi və auditidir.
Təhlükəsizliyə nəzarət və proseslərin effektivliyini qiymətləndirmək üçün informasiya təhlükəsizliyi auditlərinin planlaşdırması, aparılması və idarə edilməsi.
Zəiflik, boşluq və uyğunsuzluqların müəyyənləşdirilməsi.
Təşkilatın GDPR, ISO 27001, NIST, PCI DSS, CIS və s. standartlar və uyğunluq tələbləri kimi, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn müvafiq qayda və standartların tələblərinə əməl etməsini təmin etmək və s.
Tələblər:
Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya müvafiq texniki peşələr sahəsində bakalavr/magistr dərəcəsi.
İnformasiya təhlükəsizliyi auditi, uyğunluq və ya GRC auditi kimi oxşar sahələrdə 1-5 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir.
Azərbaycan, ingilis (mütləq) və rus (arzuolunandır) dillərində danışmaq və yazmaq.
Texniki nəzarət vasitələrini qiymətləndirmək üçün İT sistemləri, şəbəkələri və təhlükəsizlik texnologiyaları haqqında biliklər.
Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.




Comments