Baş Mühasib
- Jul 27, 2024
- 1 min read
Əsas öhdəliklər:
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir, və s.
Tələblər:
Yaş həddi: 30-45
Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil
ACCA, CFA, CIMA və yaxud analoji sertifikatların olması üstünlükdür
Peşəkar Mühasib Sertifikatı (PMS) mütləqdir
Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
6-10 il baş mühasib kimi təcrübə
BTP proqramı, e-gov.az, e-taxes.gov.az portallarından istifadə etmək bacarığı.
Əmək haqqı: 3,500-5,000 AZN Net
Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.




Comments