top of page

Keyfiyyətə Nəzarət Departamentinin Müdiri

  • May 4, 2023
  • 1 min read

Updated: May 5, 2023

Əsas Öhdəliklər:

  • Məhsul və xidmətin mükəmməlliyini təmin etmək üçün keyfiyyətə nəzarət siyasəti və prosedurların hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

  • Keyfiyyətə nəzarət standartlarına və qaydalarına uyğunluğu qiymətləndirmək üçün auditlərin təşkili və rəhbərliyə hesabatları təqdim etmək;

  • Audit nəticələri və digər departamentlərdən əldə olunan məlumatlar əsasında təkmilləşdirmə təşəbbüslərini hazırlamaq və icrasına nəzarəti həyata keçirmək;

  • Keyfiyyət məsələlərini həll etmək və ümumi keyfiyyət sistemlərini təkmilləşdirmək üçün digər struktur bölmələrlə əməkdaşlıq etmək;

  • Qurumun fəaliyyətinin keyfiyyət standartlarına uyğunluğunu təmin etmək məqsədilə tədbirlər planı hazırlamaq və icrasına nəzarəti həyata keçirmək;

  • Keyfiyyətə nəzarət üsulları və texnologiyaları sahəsindəki yenilikləri izləmək və təşkilata yeni metod və vasitələrin inteqrasiyasını təmin etmək;

  • Keyfiyyətə nəzarətin həyata keçirilməsi üçün monitorinq sisteminin qurulmasını, eləcə də əsas keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi mexanizminin qurulmasını təmin etmək.


Tələb Olunan Bacarıqlar:

  • Ali təhsil (Keyfiyyətə nəzarət, layihə idarəetməsi və ya mühəndislik sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir);

  • Keyfiyyətə nəzarət və ya layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır;

  • Keyfiyyətə nəzarət sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili – əla, ingilis və ya rus dili – yaxşı;

  • MS proqramlarını (Excel, Word, Visio, PowerPoint) yaxşı səviyyədə bilmək;

  • Layihə idarəetməsi və biznes proseslərin idarəolunması proqramlarında işləmə bacarığı;

  • Auditlərin aparılması, məlumatların təhlili və proseslərin təkmilləşdirilməsi üzrə təcrübə;

  • Keyfiyyət idarəetmə sistemi standartını bilmək.

Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.


Comments


We're Hiring

Thanks for Applying!

bottom of page