Mağaza Meneceri
- Jun 19, 2023
- 1 min read
İşin təsviri:
Müştəri məmnuniyyəti üçün personala daim satış təlimləri kecməli,
Mağaza hədəfinə çatmaq və ya aşmaq üçün təkliflər hazırlamaq və menecerlərlə bölüşmək,
Mağazada müştərilərə ən yaxşı xidməti göstərmək- baş satıcı olmaq (vitrin önündə),
Mağazanın daim təmiz, səliqəli olmasını təmin etmək üçün lazımi nəzarəti həyata keçirmək,
Gündəlik mal sifarişlərinin prosedura uyğun olaraq verilməsi – sabahın satışının proqnoz edilərək sifarişin verilməsi,
Bütün əməliyyatların - məhsulun dəyişdirilməsi, qaytarılması prosedurlarına uyğun və vaxtında cevik həyata keçirilməsini təmin etmək,
Komanda işini və bu istiqamətdə lazımi dəstəyi, təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlərin görülməsini koordinasiya etmək bacarığı,
Komandanı yüksək ruhda gülərüz xoşbəxt etmək bacarığı,
Yenilikləri izləmək, müştəriləri və işçiləri mövzu ilə bağlı məlumatlandırmaq,
İşçilərin fəaliyyətinin qiymətləndirilməsinin aparılması,
İş tərzi davranışları və görünüşü ilə mağazanı ən yaxşı şəkildə təmsil etmək,
Mövcud və potensial müştəri portfelinin inkişafı,
Daimi müştərilərlə mütəmadi əlaqə saxlamaq və yeniliklər haqqında məlumat vermək.
Əsas tələblər:
2 illik menecerlik təcrübəsi olan namziədlərə üstünlük verilir,
Kompüter və kassa proqramı idarə etmək bacarığı,
Güclü kommunikasiya qabiliyyəti.
Əmək haqqı: 700 manat + yüksək bonus
İş yeri: Sumqayıt, premium şirniyyat mağazası
Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.




Comments