top of page

Satışa Dəstək Mühəndisi

  • May 5, 2023
  • 1 min read

Əsas Öhdəliklər:

  • Müasir şəbəkə infrastrukturlarının struktur və komponentlərini, eyni zamanda funksional təyinatlarını başa düşərək izah etməyi bacarmaq;

  • IP şəbəkələri və şəbəkə infrastrukturunun (Wired, Wireless) dizayn prinsiplərini bilmək;

  • Klassik şəbəkə protokolları və SDN (Software Defined Network) texnologiyası haqqında məlumatlı olmaq;

  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarını (NGFW, IPS, WAF və s.) tanımaq, fərqləndirə bilmək və konfiqurasiya etməyi bacarmaq;

  • Müştərinin problemlərini analiz edərək başa düşmək;

  • Təklif ediləcək həllin biznes nəticələrini anlamaq və bunu müştəriyə izah edə bilmək;

  • Təqdimat hazırlamaq və müştəriyə təqdim etməyi bacarmaq;

  • Təklif olunacaq həllin vizuallaşdırılmasını və HLD (High level design) çəkməyi bacarmaq, və s.


Tələb Olunan Bacarıqlar:

  • İnformasiya Texnologiyaları və ya digər texniki ixtisaslar üzrə ən azı ali bakalavr dərəcəli təhsili;

  • Şəbəkə və şəbəkə təhlükəsizliyi həlləri sahəsində ən azı 5 illik təcrübə (şəbəkələrin dizaynı və tətbiqi sahəsində təcrübə);

  • Dünyanın aparıcı telekommunikasiya avadnlıqları istehsalçılarının (Cisco, Aruba, Fortinet və s.) sertifikatlarına malik olanlara üstünlük verilir;

  • Azərbaycan, ingilis və rus dillərində danışmaq və yazmaq;

  • Daxili və beynəlxalq səyahətlər üçün ezam olunmağa hazır olmaq;

  • Sales engineer, Presales manager , Solution Architect və s. vəzifələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir.

Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.




Comments


We're Hiring

Thanks for Applying!

bottom of page