Satışa dəstək Mühəndisi
- Dec 7, 2023
- 1 min read
Əsas öhdəliklər:
Kibertəhlükəsizlik məhsulları və xidmətlərinin texniki aspektlərini başa düşmək və onların əhəmiyyətini potensial müştərilərə effektiv şəkildə çatdırmaq.
Müştəri tələblərini müəyyən etmək və texniki həllər təqdim etmək üçün satış komandası ilə yaxından işləmək və uğurlu satış və gəlir əldə etməkdə dəstək olmaq.
Kibertəhlükəsizlik məhsulları, xidmətləri və trendlərini davamlı təqib etmək.
Satış heyəti ilə birlikdə müştərinin ehtiyaclarını müəyyənləşdirmək, texniki müzakirələr aparmaq və müştəriyə uyğun həllərin təqdimatını etmək və s.
Tələblər:
Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya müvafiq texniki peşələr sahəsində bakalavr dərəcəsi.
Kibertəhlükəsizlik mühəndisi, kibertəhlükəsizlik üzrə məsləhətçi, texniki satış mühəndisi kimi oxşar sahələrdə 3-5 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir.
Azərbaycan, ingilis (mütləq) və rus (arzuolunandır) dillərində danışmaq və yazmaq.
Kibertəhlükəsizlik prinsipləri, təcrübələri və texnologiyaları haqqında dərin biliklər.
Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.




Comments