top of page

Verilənlər bazasının (Database) Administratoru

  • May 5, 2023
  • 1 min read

Əsas Öhdəliklər:

  • Verilənlər bazasının idarə edilməsini icra etmək (fəaliyyət, biznes davamlılığı, verilənlərin qorunması);

  • Verilənlər bazasının parametrləri üçün optimal dəyərlər hesablayaraq verilənlər bazasının fəaliyyətini saxlamaq, xidmət tələblərini tamamlamaq;

  • Müxtəlif platformalarda verilənlər bazası üçün saxlama, bərpa, “HA” prosedurları və funksiyaları hazırlamaq, həyata keçirmək və saxlamaq (“Windows”, “Linux/Unix”, və s.);

  • Verilənlər bazası sistemlərinin yenilməsi, işinin dayanması və fəaliyyəti ilə bağlı problemləri həll etmək;

  • Rəhbərliyə uzun müddətli planlar, inkişaf və davamlı nəzarət prosesləri ilə bağlı məsləhət vermək;

  • Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq edilməsi və müzakirələrinin aparılması;

  • Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərini analiz etmək;

  • Bütün hadisələrin və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırmasını və diaqnostikasının təmin edilməsi. Problemlərin təyini və həll yollarının istifadəçilərlə təsdiq edilməsi və təyinatı üzrə problemlərin həlli. Mühüm problemlər haqda hadisə və ya problemlər üzrə meneceri məlumatlandırmaq, və s.


Tələb Olunan Bacarıqlar:

  • Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə bakalavr təhsili;

  • İş təcrübəsi: minimum 3 il;

  • Lisenziya/ Sertifikat: “OCA” sertifikat tələb olunur, “OCP”, “OCM” sertifikata üstünlük verilir;

  • Xarici dillər: İngilis dili (yaxşı);

  • Kompüter bilikləri: Əlaqəli və əlaqəsiz verilənlər bazaları, “Windows” və “Linux OS”;

  • Məhsul bilikləri: “Oracle”, “SQL”, “NoSQL”, “PostgreSQL” üzrə dərin biliklər;

  • Bazar üzrə bilikləri: “SRE “və “DevOps” trendləri.

Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.



Comments


We're Hiring

Thanks for Applying!

bottom of page