Şəbəkə administratoru
- Jul 26, 2024
- 1 min read
Əsas öhdəliklər:
Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və fasiləsiz işləməsini təmin edilməsi (Switches, Routers, Firewalls, Wireless LAN Controller, Access Points, Cisco ISE);
Çağrı mərkəzinin davamlı olaraq işlək vəziyyətinin təmin edilməsi;
İP telefoniya sisteminin quraşdırılma və konfiqurasiya bacarıqları;
Şirkətin serverlərinin və servislərinin quraşdırılması, idarə edilməsi və sazlanması, monitorinq edilməsi, yenilənməsi, mühafizə edilməsi, sistemlərin bərpa edilməsi, fasiləsiz işləməsini və dayanaqlılığının təmin edilməsi üçün bütün problemlərin aşkar edilməsi və aradan qaldırılması;
Şirkətin bütün struktur bölmələrindən gələn texniki sorğulara dəstək göstərilməsi və s.
Tələblər:
IT administrator sahəsi üzrə azı 3 il iş təcrübəsi;
İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta;
Texniki biliklər: Firewall (Palo Alto, Fortigate), VoIP (3CX) üzrə biliklərin və müvafiq sertifikatların olması;
Şəbəkə (CCNA, CCNP) üzrə müvafiq sertifikatların olması;
NPS sistemi, Storage sistemləri və İnfrastruktur monitoring sistemləri üzrə iş təcrübəsi.
Maraqlanan şəxslər CV-lərini cv@globalhrs.org elektron ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.




Comments